Hüseyn Cavidin “Şeyx Sənan” əsəri Azərbaycan və gürcü dillərində tamaşaya qoyulacaq. Tamaşaya K. Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının bədii rəhbəri Levan Tsuladze quruluş verəcək. L. Tsuladze deyib ki, tamaşada həm Azərbaycan, həm də gürcü aktyorları rol alacaq: “Hazırlıqlara yaxınlarda başlamaq nəzərdə tutulur. Bu, Azərbaycanla Gürcüstan sənətçilərinin müştərək işi olacaq”.
   Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov isə bildirib ki, Azərbaycan teatrı müxtəlif ölkə rejissorlarına müraciət etdiyi kimi, yerli rejissorlar da müxtəlif ölkə teatrlarına dəvət olunurlar. İ. İsrafilov Bəhram Osmanov, Nicat Kazımov və digər rejissorlar Kipr, Moldova, Krım teatrlarından dəvət alıblar və bu təklifləri dəyərləndirəcəklər.