Yanvarın 19-dan 28-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl-Fuceyrə şəhərində V Mono dram tamaşalar festivalı keçiriləcək.
   Festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edəcək.
   Teatrdan bildiriblər ki, festivalda Bəhram Osmanovun quruluşunda Peter Turininin “Axır ki” monotamaşası nümayiş olunacaq. Qurban İsmayılovun oynayacağı tamaşanın səs rejissoru Vadim Kuskovdur.