Qara Yanvara həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunacaq
   
   Yanvar ayının 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “açıq qapı” günü keçiriləcək. Əvvəlcə yaradıcı kollektiv qanlı Yanvar faciəsində həlak olan soydaşlarımızın əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edəcək.
   Sonra teatrda yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
   “Açıq qapı” günündə 20 Yanvar faciəsinin şahidləri, Qarabağ müharibəsi iştirakçılarının ailələri, əlillər cəmiyyətlərinin üzvləri, müharibə veteranları və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edəcəklər.