C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında bir neçə tamaşa üzərində məşqlər aparılır. Teatrda Xalq artisti Vaqif Əsədovun quruluşunda görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Büllur sarayda” əsərinin məşqləri başlanıb.
   Teatrda həmçinin Oruc Qurbanovun quruluşunda M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar dövlət sifarişi ilə “Mürafiə vəkilləri” əsəri əsasında eyniadlı tamaşanın məşqləri gedir. Bundan başqa şair-dramaturq Hidayətin “Vətəndən-vətənə köç” tamaşası hazırlanır.