Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru Birləşmiş Ərəb Əmirliklərində keçirilən V Beynəlxalq monodram festivalında iştirak etmək üçün bu ölkədə səfərdədir.
   Teatrın başqa bir heyəti isə yanvarın 28-dən fevralın 2-dək İranda keçiriləcək 33-cü “Fəcr” Beynəlxalq teatr festivalında iştirak edəcək. Yaradıcı heyət festivalda görkəmli italyan aktyoru və dramaturqu Peppino De Filipponun “Don Rafael trombonçu” tamaşasını nümayiş etdirəcək. Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşada rolları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Vüsal Mehrəliyev və Eşqin Quliyev oynayırlar.