Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası olub. Tamaşanı Belarus Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Vyaçeslav Voliç idarə edib.
   Səhnə əsərində əsas partiyalardan olan Alfred partiyasını ifa edən tanınmış italyan tenoru Rikardo Mirabellinin çıxışı böyük alqışlarla qarşılanıb. Tamaşada Jermon rolunu vokalçıların Bülbül adına birinci Beynəlxalq müsabiqəsinin baş mükafatçısı Besik Qabitaşvili oynayıb. Violetta partiyasında isə gənc və istedadlı vokalçı İlahə Əfəndiyeva çıxış edib. Tamaşada həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri Əli Əsgərov və Əkrəm Poladovun da çıxışları maraqla qarşılanıb.
   Ulduz ifaçıların iştirak etdikləri tamaşa teatrın həyatında mühüm hadisəyə çevrilib.