Fevralın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.İ.Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq.
   Tamaşada baş rolları balet sənətinin ulduzları - Sankt-Peterburqun Mariinski Opera və Balet Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Anastasiya Koleqova və Danil Korfuntsev ifa edəcəklər.