Şuşa Dövlət Musiqili Dram Teatrı Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı hazırladığı “Xocalıya ədalət” ədəbi-bədii kompozisiyasını fevralın 24-də “Azərsun Holdinq”in mədəniyyət mərkəzində geniş ictimaiyyətə təqdim edəcək.
   Teatrdan bildiriblər ki, tədbir “Azərsun Holdinq” şirkətlər qrupunun və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə dəstəyi ilə reallaşacaq.
   Kompozisiyada Hüseyn Cavid, Mehmet Akif Ərsoy, Zəlimxan Yaqub, Xanirə İsgəndərova və Nazir Rüstəmovun şeirlərindən istifadə olunub. Səhnə əsərində həmçinin Qara Qarayev, Arif Məlikov, Vasif Adıgözəlov və Xəyyam Mirzəzadənin musiqiləri yer alıb. Kompozisiyanın quruluşçu-rejissoru Loğman Kərimov, quruluşçu-rəssamı Valeh Məmmədovdur.