Martın 9-da «Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi» İctimai Birliyinin təşəbbüsü, Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin, eləcə də N.Nərimanov adına Mədəniyyət Evinin təşkilatçılığı ilə 10 mart - Milli Teatr Gününə həsr olunmuş tədbir keçiriləcək. 
   Tədbirdə Azərbaycanın aparıcı teatrlarından, həmçinin Sumqayıt Dövlət Dram Teatrının nümayəndələri iştirak edəcək. Şəhər rəhbərliyinin, əlaqədar qurumların da qatılacağı tədbirdə Azərbaycanda peşəkar teatrın yaranmasının 139, Sumqayıt Dövlət Dram Teatrının isə 44 illik tarixinə nəzər salınacaq, tamaşalardan səhnəciklər nümayiş olunacaq. Həmçinin görkəmli teatr xadimlərinin ömür yolundan bəhs edən videomaterial təqdim ediləcək.
   Bayram tədbirində tanınmış müğənnilərin ifasında teatr, aktyorluq sənəti ilə bağlı mahnılar da səsləndiriləcək.
   
   Gülər