Gəncə Dövlət Dram Teatrında 10 Mart - Milli Teatr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri çıxış edərək teatrın həyatımızda oynadığı roldan, onun gənc nəslin tərbiyəsindəki əhəmiyyətindən danışıblar. Sonra Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası göstərilib.
   Azərbaycan peşəkar teatrının 139 yaşı Sumqayıtda da qeyd edilib. Əlamətdar gün münasibətilə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında kimya sənayesi işçiləri ilə görüş keçirilib. Görüşün sonunda “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev bir qrup teatr işçisinə fəxri fərman və pul mükafatı təqdim edib.