Mikelanceloda xəstəcəsinə qorxu vardı, Van Qoq boyaqabından boya yeyərdi, Hopper qarısını döyməklə ilhama gələrdi... Məşhur rəssamlarla bağlı bunun kimi əyləncəli və sirli qalmış məlumatlar yeni bir kitabda toplanıb. İncəsənət üzrə professor olan Elzabet Lundayın yazdığı bu kitab “Böyük sənətkarların gizli həyatı” adlanır. Müəllif kitabın giriş hissəsində də məlumat verir ki, bu əsər tanınmış sənət adamlarının lətifə qədər gülməli və açılmamış xarakterik xüsusiyyətlərindəm, həyat epizodlarından fakt olaraq yazılıb. Yeni nəşr hələlik Böyük Britaniyada yayımlanır.