Aprelin 1-də Opera və Balet Teatrında Volfqanq Amadey Motsartın məşhur “Cosi fan tutte” (“Hamı belə edir”) operası nümayiş etdiriləcək. İlk dəfə göstəriləcək tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Ukraynanın tanınmış opera rejissoru Nikolay Tretyakdır. Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Tamaşada əməkdar artistlər İnarə Babayeva və Əkrəm Poladov, teatrın gənc solistləri Fəridə Məmmədova, Səbinə Əsədova, Fərid Əliyev, Anton Ferştandt iştirak edəcəklər.