Gənc Tamaşaçılar Teatrında M.F.Axundzadənin “Hacı Qara” komediyası əsasında hazırlanmış tamaşaya ictimai baxış olub. Səhnə əsəri dahi dramaturqun 200 illik yubileyinə həsr edilib.
   Teatrda ilk dəfə 2003-cü ildə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Altay Səidov, rejissoru Sərvər Əliyev, musiqi tərtibatçısı İradə Muradovadır. Yeni tamaşada rolları əməkdar artistlər İlqar Cahangirov, Lətifə Əliyeva, Naibə Allahverdiyeva, Rahib Əliyev, aktyorlar Manaf Dadaşov, Ceyhun Məmmədov, Şəbnəm Hüseynova, Ədalət Əbdülsəməd, Eşqin Quliyev və başqaları canlandırıblar.
   Tamaşa iyunun 16-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək respublika teatr festivalı çərçivəsində təqdim olunacaq.