Şimali Kiprin Girnə şəhərindəki tarixi “Bellapais” monastrında XV TÜRKSOY Opera günlərinin açılışı olub. Türkdilli ölkələrdən opera artistlərinin, o cümlədən Azərbaycandan gənc vokalçı Afaq Abbasovanın iştirak etdiyi opera günlərinin açılışında TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Şimali Kiprin turizm, ekologiya və mədəniyyət naziri Ünal Üstel iştirak ediblər.
   XV TÜRKSOY Opera günləri çərçivəsində keçiriləcək konsertlərdə İstanbul Dövlət Opera və Balet Teatrının orkestrinin müşayiəti ilə türk dünyası və dünya klassiklərinin əsərləri ifa olunacaq. Bu konsertlər daha sonra İstanbulda davam edəcək.