Türkiyədə ən çox satılan son kitabın adı və müəllifi məlum olub. Bu, tanınmış türk yazıçısı Əlif Şafakın mart ayında nəşr etdirdiyi “Eşq” romanıdır. Postmodern roman sayılan bu əsər eşq qanunları və eşq uğrunda mübarizədən bəhs edir. Romanın mövzusu fərqli mədəniyyətləri, dünyəvi və ilahi eşq müqayisələrini, Şərq-Qərb baxışlarını əhatə edir.Əsərin qəhrəmanları ev qadını Ella, müsəlman olan holland Zəhra, türk Mevlanadır. Əsas qəhrəmanlar içində azərbaycanlı obrazı da var. Bu, təbrizli Şəmsdir. Əsərdə din və təsəvvüf elmindən də bəhs edilir.