İyunun 15-də Akademik Milli Dram Teatrının səhnəsində Rusiyanın tanınmış “Anqajement” teatrı "Nosferatu" tamaşası ilə çıxış edəcək. Tamaşanın müəllifi Nikolay Kolyadadır. Əsərin qəhrəmanı Amaliya Nosferatu teatrdan bir işçini evinə dəvət edir ki, lazımsız əşyaları tamaşa üçün ona təqdim etsin. Tamaşa boyu məlum olur ki, həmin əşyaların hər birinin tarixi, rəmzi var və qəhrəman bütün ömrünü teatrdan gələn qonağa verir. Bəlkə bu əşyalar vampir deyil, lakin - biz həyatımızdakı vacib bir şeylə ayrılırıq? - bu sual qəhrəmanı düşündürür. Rolları Rusiyanın əməkdar artistləri İqor Kudravcev və Leonid Okunev oynayırlar.
   
   Reyhan