İyunun 18-də Musiqili Komediya Teatrının yaradıcı kollektivi unudulmaz sənətkar, Xalq artisti Hacıbaba Bağırovun 80 illik yubileyinə həsr olunmuş “www.ferzeli-kef.com” tamaşasını nümayiş etdirib.
   
   Vaxtilə böyük sənətkarın baş rolda (Fərzəli) çıxış etdiyi səhnə əsəri - Emin Sabitoğlunun “On min dollarlıq kef” musiqili komediyası - tam yeni quruluşda tamaşaçılara təqdim olunub. Quruluşun müəllifi, rejissor Əhəd Hacıyevdir. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədovadır.
   Səhnə əsərinin təqdimatından əvvəl çıxış edən Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı aktyorun həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd olunub ki, Hacıbaba Bağırovun canlandırdığı obrazlar yüksək dərəcədə təbiiliyi, milliliyi və müasirliyi ilə səciyyələnib.
   Tamaşada əsas rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Əzizova və başqaları ifa ediblər.