Şuşa Dövlət Musiqili Dram Teatrının truppası Lənkəranda qastrol səfərindədir. Yaradıcı kollektiv bu gün Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində Enurə Abdullayevanın “Ağ qayıq” əsərini təqdim edib. Qarabağ müharibəsindən bəhs edən tamaşanın quruluşçu rejissoru Samir Qulamov, rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Əsas rolları əməkdar artistlər Şükufə Musayeva və İqrar Salamov, aparıcı artistlərdən Dürdanə Dünyamalıyeva, Məmməd Məmmədov, Xanurə İsgəndərova, Aybəniz Əhmədova və digərləri ifa ediblər. Teatr bu tamaşa ilə iyunun 22-də də lənkəranlılar qarşısında çıxış edəcək.