İyunun 21-də Gənc Tamaşaçılar Teatrında “Həyatla oyun” tamaşası nümayiş etdirilib. 26 İyun - Dünya Narkotiklərlə Mübarizə Gününə həsr edilmiş səhnə əsərini Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə hazırlayıb. Bakı Uşaq Teatrının hazırladığı “Həyatla oyun” tamaşasına rejissor İntiqam Soltan quruluş verib.