2012-ci ilin sentyabr ayının 6-dan 13-dək Başqırdıstanın Ufa şəhərində türkdilli xalqların "Tuğanlıq" V Beynəlxalq Teatr Festivalı keçiriləcək. Respublikamızı festivalda Gəncə Dövlət Dram Teatrı təmsil edəcək. Teatr festivala Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunmuş və Gəncə Dövlət Dram Teatrının cari repertuarında olan "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası ilə qatılacaq.