Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Sankt-Peterburqa qastrol səfərinə dəvət olunub. Teatrın kollektivi V.F.Komissarjevskaya adına Dövlət Akademik Dram Teatrının səhnəsində çıxış edəcək.
   Teatrın truppası sentyabrın 25-də Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin tamaşasını göstərəcək. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskidir.