Sentyabrın 25-də Rusiyanın Sankt-Peterburq şəhərində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi M.F.Axundzadənin “Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” komediyası əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirəcək. 
   Teatrdan bildiriblər ki, Rus Dram Teatrı Sankt-Peterburqun V.F.Komissarjevskaya adına Dövlət Rus Dram Teatrı tərəfindən qastrol səfərinə dəvəti tamaşanın Moskvanın “Et Cetera” teatrının səhnəsində uğurla çıxışından sonra alıb.
   Tamaşaya teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski quruluş verib.