Estrada müğənnisi Cəlal Abbasov sentyabrın 5-dən 10-dək Yaltada keçiriləcək “Vostoçnıy bazar” (“Şərq bazarı”) VIII Beynəlxalq estrada müğənnilərinin televiziya müsabiqə-festivalına dəvət alıb.
   
   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə müsabiqəyə qatılan sənətçi festivalın mükafatları uğrunda 27 ölkənin estrada müğənniləri ilə mübarizə aparacaq. C.Abbasov 2008-ci ildə “Bakı gecələri” estrada mahnı festivalının, 2011-ci ildə Türkiyənin Mersin şəhərində türk ölkələri estrada müğənniləri festivalının və 2012-ci ildə Moskvada “Qulyay duşa” beynəlxalq şanson musiqisi festivalının baş mükafatına layiq görülüb.
   Yaltada keçirilən “Vostoçnıy bazar” VIII Beynəlxalq estrada müğənnilərinin televiziya müsabiqə-festivalının seçim turları və qala-konserti 10-dan çox ölkə telekanalı, o cümlədən “TRT-Avaz” vasitəsilə canlı yayımlanacaq.