Azərbaycan Dövlət Opera və Balet Teatrı yeni mövsümü yeni tamaşanın premyerası ilə açacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 22-də C.Puççininin “Canni Skikki” operasının premyerası keçiriləcək. Azərbaycanda ilk dəfə səhnəyə qoyulan bu operaya ukraynalı rejissor Nikolay Tretyak quruluş verib. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov, əsas rolların ifaçıları Xalq artisti Əli Əsgərov, Əməkdar artist İnarə Babayeva, Əkrəm Poladovdur. Teatrın yaradıcı heyəti sentyabrın 25-də Üzeyir Hacıbəyli Musiqi Festivalı çərçivəsində Ağcabədidə “O olmasın, bu olsun” əsərini təqdim edəcək.