Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı yeni mövsümə başlayıb. Teatr 129-cu mövsümünü Nazim Hikmətin “Kəllə” tamaşası ilə açıb. İlin sonunadək Hüseyn Cavidin “Şeyx Sənan” və Məmmədcəfər Cəfərovun “İnsanlar və talelər” tamaşalarının səhnələşdirilməsi də nəzərdə tutulur.
   Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı isə 22-ci mövsümünə Zaur Vedilinin “Meşə macəraları” tamaşası ilə start verib. Bu il Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan olunduğundan teatr bu mövzuya xüsusi önəm verir. Bu məqsədlə Səbuhi Hüseynovun müəllifi olduğu “Novruz əfsanəsi” tamaşasının məşqlərinə başlanıb. Bundan əlavə, kollektiv Eynəli bəy Sultanovun “Səhhət verirsən, ya yox?” pyesi əsasında hazırlanan “Günəş ziyası” adlı tamaşanı azyaşlılar qarşısında təqdim etmək niyyətindədir.
   Naxçıvan Uşaq Teatrının kollektivi isə oktyabrın əvvəllərində açılacaq yeni mövsümdə Bayram İsgəndərlinin “Siçanların kələyi” ilə səhnəyə çıxacaq.
   
   Ceyhun