İslam alimi Əbu Abdullah Muhəmməd bin İsmail bin İbrahim əl-Buxarinin “əl-Cami əs-Səhih” kitabı İslam dininin ən mühüm və faydalı kitabları sırasına daxildir. Kitab Buxari tərəfindən toplanmış hədisləri özündə əks etdirir. Əlixan Musayevin tərcüməçiliyi ilə hazırlanan bu tərcümə variantında ən mötəbər hədislər toplanmışdır. Yeni nəşr “Şərq-Qərb” nəşriyyatına məxsusdur.