Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı 44-cü mövsümünü böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” pyesinin tamaşası ilə açıb. Teatrın direktoru, respublikanın Əməkdar mədəniyyət işçisi Mehman Şükürov bildirib ki, tamaşa milli dramaturgiyamızın banisinin 200 illiyi münasibətilə hazırlanıb. Komediyaya teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Səhnə tərtibatının müəllifi rəssam Nabat Səmədovadır. Tamaşada Əməkdar artist Təranə Musayeva, aktyorlar Akif Mirzəyev, Oktay Mehdiyev, İlham Səfərli və başqaları iştirak edirlər.