Azərbaycan Dövlət Opera və Balet Teatrının rəhbərliyi məşhur balet ulduzu, Ukraynanın Xalq artisti, balet artistlərinin dörd beynəlxalq müsabiqəsinin qızıl medalı və birinci mükafatının sahibi Tatyana Boroviki teatrda çalışmaq üçün dəvət edib. Bir il müddətinə imzalanmış müqavilə əsasında T.Borovik balet truppası ilə ustad dərsləri və məşğələlər keçirəcək, həmçinin solistlərin klassik balet tamaşalarında çıxışlarda ustalığını təkmilləşdirmək üçün onlarla fərdi şəkildə məşğul olacaq.
   Balet artisti kimi parlaq karyerasını başa vuran T.Borovik hazırda Ukrayna Milli Opera və Balet Teatrında xoreoqraf-repetitor vəzifəsində çalışır. O həm də Kiyev Bələdiyyə Opera və Balet Teatrı balet truppasının bədii rəhbəridir.