Gənc Tamaşaçılar Teatrında yazıçı Dilsuz Mustafayevin “Əlincə qalası” xalq nağılı əsasında qələmə aldığı eyniadlı pyes səhnəyə qoyulub. Nağıl-tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Əməkdar incəsənət xadimi Aydın Əzimovdur. Əsərdə rəqslərin quruluşu Əməkdar artist Sənan Hüseynliyə məxsusdur. Azərbaycan qadının ağlı və məntiqi ilə Vətəninin qoruması yolunda qəhrəmanlığından və qeyri-adi cəsarətindən bəhs edən tamaşa yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunub.
   
   Lalə Azəri