Noyabrın 7-də II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində teatr tənqidi və rejissor sənəti mövzusunda seminarlar keçiriləcək. Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vaisin (Kanada) aparacağı seminar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşəcək. Xorvatiyalı İvitsa Simiçin rejissor sənətinə həsr olunmuş seminarı isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil olunacaq.
   Noyabrın 6-da isə Gənc Tamaşaçılar Teatrının səhnəsində Səudiyyə Ərəbistanı teatrının “Vağzal heç yerə getmir” (Fahed əl-Harti) tamaşası nümayiş olunacaq.