Rusiyanın Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı 15-16 noyabr tarixlərində Bakıda qastrol səfərində olacaq. Kollektiv Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Eduard Uspenskinin “Fyodor dayı, Məstan və Toplan” tamaşasını nümayiş etdirəcək. Nağıl janrında olan ikihissəli tamaşanın rejissoru A.Radoçinski, rəssamı V.Litvinov, geyim üzrə rəssamı T.Kolesnikova, baletmeysteri L.Kameletdinovadır. Rolları Kirill Sobolev, Yekaterina Sneqiryeva, Yelena Romaşkina, Yevgeni Pşeniçnıy və başqaları ifa edəcəklər.
   İkitərəfli yaradıcılıq müqaviləsinə əsasən gələn il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Həştərxan şəhərinə qastrol səfəri edəcək.