Noyabrın 15-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Antuan de Sent-Ekzüperin eyniadlı əsəri əsasında hazırlanmış “Balaca Şahzadə” tamaşasının premyerası olub. Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, rəssamı Oleq Bezruq, musiqi tərtibatçısı Sven Qrunberqdir. Rolları Səriyyə Mansurova (balaca Şahzadə), Elnur Abbasquluyev (pilot), Xəqani Əliyev (fənərçi), Elnur Əliyev (kral), Firuzə Nəsibli (qızılgül) və başqaları ifa ediblər.
   “Balaca Şahzadə” tamaşası bir növ ailəvi tamaşadır, uşaqlarla yanaşı, böyüklər də bu tamaşadan mənəvi zövq ala biləcəklər.