Bakı Uşaq Teatrı premyeraya hazırlaşır. Teatrın direktoru İntiqam Soltanın sözlərinə görə, yaradıcı heyət Sultan Məcid Qənizadənin əsəri əsasında “Sıravi Dursun” tamaşasını təqdim edəcək. Dekabrın 1-də ilk nümayişi keçiriləcək tamaşanın rejissoru İ.Soltandır.