Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədəbiyyatşünas alim, akademik Məmməd Cəfərin “İnsanlar və talelər” kinossenarisi əsasında “Mirzə Cəlil taleyi” adlı yeni tamaşanın məşqləri başlanıb. Əsər böyük ədibin və onun müasirlərinin, əməl dostlarının obrazını səhnəyə gətirir, dövrün kəşməkəşli hadisələrini işıqlandırır, cəhalət zülmətində boğulan xalqın həqiqi ziyası olan bu şəxslərin bədii portretlərini canlandırır.
   Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Kamran Quliyev, rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı isə Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Rolları xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, Şirzad Abutalıbov, əməkdar artistlər Əli Əliyev, Elmira Kərimova, Bəhruz Haqverdiyev və başqaları oynayacaq.
   Tamaşanın cari ilin sonunda təhvil verilməsi nəzərdə tutulub.