İlin sonunadək Gəncə Dövlət Dram Teatrının səhnəsində iki yeni tamaşa nümayiş etdiriləcək.Teatrın direktoru Əli Qasımovun bildirdiyinə görə, 2012-ci ildə kollektiv 5 yeni tamaşa hazırlamalı idi. Onlardan üçü tamaşaçıların ixtiyarına verilib. Qalan ikisinin isə məşqləri başa çatmaq üzrədir. Bunlar görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Tənha iydə ağacı” və rus yazıçısı Nikolay Qoqolun “Evlənmə” əsərləridir.