Dekabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq. Tamaşada əsas partiyaları Rusiya Dövlət Akademik Böyük Teatrının aparıcı solistləri - prima-balerina, Rusiyanın Xalq artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Allaş və Rusiyanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Aleksandr Volçov ifa edəcəklər. Səhnə əsərini Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.