Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Artist” əsərinin tamaşası hazırlanır. Azərbaycan professional teatrının qurucularından biri olan Hüseyn Ərəblinskinin həyat və yaradıcılığından bəhs edən pyesə İranə Tağızadə quruluş verir. Səhnə əsərinin bədii tərtibatı isə Rusiyanın tanınmış teatr rəssamı Tatyana Melnikovaya həvalə olunub.
   Qeyd edək ki, İranə Tağızadə və Tatyana Melnikova bundan əvvəl Azərbaycan Dövlət Rus Dram Teatrında F.Dostoyevskinin “Karamazov qardaşları” əsərinin tamaşasında da birlikdə çalışıblar. Rusiyalı rəssam bildirib ki, artıq yeni səhnə əsərinin bir neçə maketi hazırdır və rejissor tərəfindən qəbul edilib: “Tamaşa teatr içində teatr təsəvvürü yaradacaq. Düşünürəm ki, rəssam kimi işin öhdəsindən gələcəyəm”.