Sumqayıt Dövlət Musiqili Dram Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində iki tamaşa ilə çıxış edəcək. Dekabrın 17-də Xalq yazıçısı Elçinin “Qatil” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Dekabrın 18-də isə Sumqayıt teatrının kollektivi paytaxt tamaşaçılarının qarşısına Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri ilə çıxacaq. Hər iki tamaşanın quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmlidir.