Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında uşaqlar üçün yeni tamaşa göstəriləcək. Teatrdan bildiriblər ki, dekabrın 28-dən 31-dək teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Rəhman Əlizadənin “Cırtdanın Yeni il sərgüzəştləri” tamaşası göstəriləcək.