Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi Kürdəmir şəhərindəki “Qələbə” parkında İftixar Piriyevin müəllifi olduğu “İşıqlı-nurlu sabah” tamaşasını nümayiş etdirib. Açıq havada təşkil edilmiş tamaşada əsas rolları xalq artistləri Elmira İsmayılova, Tamella Abdullayeva, əməkdar artistlər Vidadi Əliyev, Vaqif Kərimov, Esmiralda Şahbazova və başqaları ifa ediblər.
   Tamaşada milli dövlətçilik tariximizin xronologiyası, müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanın tarixində əvəzolunmaz rolları təqdim olunub. Aktyorların peşəkar çıxışları, ifaların təbiiliyi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
   Dərin məzmunlu səhnə əsərinə görə kürdəmirlilər adından teatrın yaradıcı kollektivinə təşəkkür edilib.