Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Azərbaycan folklor nümunələrini və adət-ənənələrini geniş tamaşaçı auditoriyasına çatdırmaq və beynəlxalq səviyyədə layiqincə təbliğ etmək məqsədilə yeni folklor teatrının yaradılmasını qərara alıb. Yeni teatra üzv olmaq istəyən istedadlı və yaradıcı gənclər seçimlərə dəvət edilir.
   İdarədən bildiriblər ki, folklor teatrına seçimlər yanvarın 31-də saat 11.00-da İçərişəhər, Mirzə Şəfi küç. 4 ünvanında keçiriləcək.