Böyük Britaniyanın təhsil və mədəniyyət qurumu olan Britaniya Şurası (“British Council”) Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə mədəni əməkdaşlıq çərçivəsində “Teatr əməkdaşlığı” adlı yeni layihəyə start verib.
   Dövlət Akademik Dram, Gənc Tamaşaçılar, Rus Dram, “Yuğ” və Pantomima teatrları ilə əməkdaşlığı əhatə edəcək layihənin əsas məqsədi bir qrup gənc aktyor və texniki heyətin (işıq, səs) bacarıq və peşəkarlığını beynəlxalq standartlar səviyyəsində təkmilləşdirməyə kömək etməkdir.
   Layihə çərçivəsində Gənc Tamaşaçılar Teatrında ilk təlim kursu təşkil olunacaq. 4-6 fevral tarixində 20 illik təcrübəyə malik peşəkar işıqlandırma dizayneri Maykl Manyon öz təcrübəsini Azərbaycanın müxtəlif teatrlarını təmsil edən işıqlandırma mütəxəssisləri ilə bölüşəcək. Fevralın 11-15-də isə teatr rejissoru Yan Vilyem Van Den Boh Gənc Tamaşaçılar Teatrının gənc aktyorları üçün təlim keçəcək. 

   Lalə