Sumqayıtda tanınmış mərhum şair Akif Səmədin 50 illiyi münasibətilə təsis olunmuş ədəbi mükafatların təqdimetmə mərasimi keçirilib. Mərasim Sumqayıt şəhər 28 May adına Mədəniyyət Sarayında təşkil edilib. Mükafatın təsisçisi olan «Mətin-X» şirkəti nominantlara mükafatları təqdim edib. Akif Səmədin kitablarının nəşrinə görə «Oka-ofset» nəşriyyatının direktoru Naima Qaraxanlı Akif Səməd haqqında «İncə günahı» kitabına görə Bəsti Əlibəyli, öz yaradıcılığı ilə Akif Səməd irsini davam etdirdiyinə görə, gənc şair Fərhad Mete mükafatlara layiq görülüb. Təqdimetmə mərasimindən sonra tədbir ədəbi-bədii hissə ilə davam etdirilib. Tədbirdə Vaqif Yusifli, Rüstəm Kamal, Məmməd Dəmirçioğlu, tanınmış ədəbiyyatçılar və digər sənət adamları da iştirak ediblər.