Türkiyənin “Yapı Kredi” nəşriyyatı “A-dan Z-ə” silsiləsindən növbəti kitab nəşr etdirib. Bu dəfə silsilə məşhur romançı Səbahəddin Əlinin həyatına və yaradıcılığına həsr edilib. Kitabda həmçinin romançının sənət baxışlarına yer verilib. Yeni nəşrdə 40 il ömür sürmüş romançının həyatının bütün tərəflərdən işıqlandırılmasına çalışılıb. Qeyd edək, bu silsilədən Nazim Hikmətin, Abidin Dino, Səid Eaik və başqa yazarlar haqqında kitablar nəşr edilib.

   Səbuhi