Türkiyəli yazıçının Azərbaycan ədəbiyyatı haqqında düşüncələri
  
   Yasəmən Bayer: “Azərbaycan türkcəsini Turkiyə türkcəsinə uygunlashdırmaq mənim ücün daha cətindir”
 
 
   Yasəmən Bayeri Azərbaycan oxucularına xüsusi tanıtmağa ehtiyac var da, yox da. Yoxdur ona gorə ki, Azərbaycan mədəniyyətinin təbliği adına gostərdiyi xidmətlər yazıçı xanımı məşhurlaşdırıb. Var - ona görə ki, bu yazıçı ədəbiyyatımızın qarşısında əməyi, xalqımıza sevgisi müqabilində az tanınır.
  
   Bir ölkənin mədəniyyəti adına atılan hər addımın arxasında həmin ölkəyə məhəbbət, sevgi dayanır. Yasəmən xanımın da hər addımı Azərbaycana olan sevgisindəndir.
   Yasəmən Bayer Türkiyənin İstanbul şəhərində, ziyalı ailəsində doğulub. 1980-ci ildə Ege Universiteti Sosial Bilimlər Fakültəsinin alman dili və ədəbiyyatı ixtisasını bitirib. Təhsili dönəmində Christian-Albrechts Universitetində ünlü alman yazıçılarının dərslərinə qatılıb. Bir müddət Bagdad Universitetinde alman dili və ədəbiyyatindan dərs deyib. İstanbulda iki özəl məktəbdə alman bölumünə rəhbərlik edib. 2006-cı ildə Azərbaycan Yazıcılar Birliyinə fəxri üzv seçilib. 2007-ci ildən AYB-nin yayımladığı “Dünya Ədəbiyyatı” dərgisinin İdarə Heyətinin üzvüdür. 2007-2008-ci tədris mövsümündə Bakı Slavyan Universitetində pedaqoji fəaliyyət göstərib. 2009-cu ildə düzənlənən “Beynəlxalq İstanbul Bəyoğlu Şeir Festivali”nda danışma kurulu üzvü idi. Azərbaycan Atatürk Mərkəzinin fəxri əməkdaşıdır. “Varlıq”, “Hürriyyət Göstəri”, “Dünya qəzeti - Sətirarası”, “Cümhuriyyət», “Ayna” qəzetlərində xəbər, məqalə və köşə yazıları ilə çıxış edib.
   Yasəmən Bayerin Azərbaycan ədəbiyyatı ilə yaxından ilişgisi 2005-ci ildən başlanıb. Bu illər ərzində yazıçı “Sular güneşe şarkı soylerken” adlı çağdaş Azərbaycan ədəbiyyatından seçilmış hekayələr, “Azərbaycan masalları” (2005), H.Mirələmovun “Gəlinlik”, S.Babullaoğlunun “Haziranda oxunan nəğmələr”, N.Cəfərovun “Klassiklərdən çağdaşlara” (2006), “Hazar kıyısında yerlə göy” (2007), Mustafa Kamal Atatürkün “Nutuk” miniatür nəşri, H.Mirələmov və V.Andriyanovun “Önəmli insanların yaşamı; Heydər Əliyev” (2008), İsmayıl Şıxlının “Dəli Kür”, “Ölüləri qəbiristanda basdırın” (2009) əsərlərini Türkiyə turkcəsinə uyğunlaşdırıb. Əməyi də, təbii ki, diqqət və təqdirsiz qalmayıb. Belə ki, yazıçı, “Azərbaycan ədəbiyyatının dostu” (2005), “San Yarlığı” (2006), “Beynəlxalq Rəsul Rza Ədəbiyyat Fondu”, “Milli kulturoloji mükafatin diplomu” (2007), “Heydər Əliyevi anma günü plaketi” (Türkiyə), türkiyəli iş adamlarının təsis etdiyi Bakı Söhbət Toplantıları Kurulunun “Şükran plaketi” (2008) ödüllərilə təltif olunub.
   Yasəmən Bayer Azərbaycan ədəbiyyatı ilə ilk tanışlığını belə xatırlayır:
   - Azərbaycana çox qısa bir müddətə - həyat yoldaşımın işindən dolayı gəlmişdik. Sonrakı dönəmlərdə uzun müddətə gəldik. Düşündüm ki, eyni köklərə sahib olduğumuz Azərbaycan ücün nələr edə bilərəm? Mən nə tədqiqatçıyam, nə tarixçi, nə də siyasət adamı. Mən ədəbiyyatçıyam, görəcəyim iş də ədəbiyyatla bağlı olmalıdır. Etiraf edim ki, ona qədər Azərbaycan ədəbiyyatı ilə tanışlığım yox idi. Bir neçə kitab dükanlarına baxdım, Azərbaycan ədəbiyyatına aid cox sayda kitablar gördüm, ancaq bunların çoxusunun nəşri kiril əlifbasında idi.
   O ərəfədə bir axşam yeməyindən çıxdıgımız zaman təsadüfən Atatürk Mərkəzinin binasını görduk. Çox təsirləndik və həmin dəqiqə içəri girmək ücün qapının dəstəyindən yapışdım, amma baglı idi. Ertəsı gün səhər erkəndən qızım və oglumla birgə Atatürk Mərkəzinə getdik. Professor Nizami Cəfərovla tanış olduq və o, Atatürk Mərkəzinin daxilini gəzdirib tanıtdı bizə. Çox mutlu şəkildə ayrıldıq ordan. Türkiyəyə dönər-dönməz, Atatürk Mərkəzi haqda bir məqalə hazırladım və həmin məqalə 10 aprel 2004-cü il, hörmətli prezident İlham Əliyev Atatürk Mərkəzini acdığı gün “Cümhuriyyət” qəzetinin ana səhifəsində dərc olundu...
   Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bəylə taniş oldum. Azərbaycan ədəbiyyatı ilə bagli hansı xidmətlər gostərə biləcəyimi soruşdum. O da cavan yazıcıların əsərlərini Türkiyə türkcəsinə uygunlaşdırmagi təklif etdi, AYB-dəki gənc yazarlarla tanış etdi. Beləcə, ”Sular Günəşə şarkı söylərkən” adı ilə cavan yazıçıların əsərlərindən ibarət kitab işıq üzü gördü.
   Daha sonra düşündüm ki, biz, Turkiyədə alman, Amerika, fransız - bütün nağılları oxuduq, amma hec Azərbaycan nagılı oxumadıq. Nizami bəyin mənə verdiyi beş cildlik “Azərbaycan nağılları”ndan 20 nağıl seçdim. “Məlikməmməd”, “Ağ atlı oğlan”, “Padşah və qarışqa” kimi Azərbaycana xas nagılları Türkiyə türkcəsinə uyğunlaşdırdım. Yeri gəlmişkən, Türkiyə Mədəniyyət Nazirliyi 200 nüsxə “Azərbaycan masalları” kitabını alaraq bütün kitabxanalara paylayıb və məktəblərdə oxunmasını tövsiyə edib. Hazırda Azərbaycan nagılları Türkiyə məktəblərində tədris olunur. Bu da hər iki ölkənin mədəni əlaqələri baxımından cox önəmlidir.
   Dogrudur, İsmayıl Şıxlı yaradıcılıgı ilə ilk tanışlığım 2007-ci ildə, onun “Namərd gülləsi” hekayəsilə oldu və bu, “Hazar kıyısında göz” toplusuna salındı. “Deli Kür” romanı Türkiyə turkcəsinə uygunlaşdırdığım son əsər deyil. Yaxın gələcəkdə “Ölüləri qəbiristanda basdırın” əsərı oxucuların ixtiyarına veriləcək.
   - Dilimiz eyni kökdən olsa da, fərqlər də az deyil...
   - İlk zamanlar anlamadığım bəzi kəlmələri Atatürk Mərkəzinin əməkdaşlarının köməyilə çözdüm. “Deli Kür” romanında isə Elçin Şıxlı yardım etdi. Etiraf edim ki, bu romanın uyğunlaşdırılması mənim daha cox zamanımı aldı. Həm əsərin məna dərinliyi, həm də daha oncələr mənə tanış olmayan Qazax ləhcələrindən dolayı. Ancaq indi (gülərək) Qazax ləhcəsində belə danışa bilərəm.
   - “Dəli Kür” romanında da deyildiyi kimi, kişinin namusu üç şeydir: atı, arvadı və papağı. Bunu gözəl bilə-bilə başqasının zövcəsini qaçıran Cahandar ağanın xarakterindəki ziddiyyət Sizdə təəccüb yaratmadı ki?
   - Cahandar ağa bir anlıq zəifliyinin əsiri olur. Mələyi tərkinə alib evinə gətirir. Bəlkə də o an hisslərinə hakim ola bilsəydi, sonrakı bəlalar başına gəlməyəcəkdi. Ancaq Mələyə də hirslənməyə bilmirsən. “Səni Cahandar ağa qaçırır, amma sən dirənə bilərdin, getməyə bilərdin” deyə qınasan belə, onun həyatını, cəkdiklərini oyrənən oxucu ona da acıyır.
   - “Dəli Kür” sözü Türkiyə türkcəsində “Coşkun Kür” deməkdir. Lakin Siz orijinal adı saxlamısınız...
   - Əslində Türkiyə türkcəsində “Coşkun Kura” demək gərəkirdi. Amma bu uygunlaşdırma həm qulağa xoş gəlmir, həm də təsirli bir ad deyil. “Deli Kür” adı oxunduğu anda diqqət çəkir və oxucunun təsəvvüründə bir çox şey yaradır. Bu səbəblə kitabın adını dəyişdirməyin əsərə müdaxilə olacağını düşündüm və adı eynilə saxlamağın ən doğrusu olduğuna inandım.
   - Siz alman və ingilis dillərindən də tərcümələr edirsiniz. Əcnəbi dillərlə müqayisədə eyni kökdən olan dilimizi Türkiyə türkcəsinə uyğunlaşdirmaq, zənnimcə, cətin olmaz Sizə...
   - Paradoks kimi səslənəcək, amma Azərbaycan türkcəsini Türkiyə türkcəsinə uyğunlaşdırmaq mənim ücün daha çətindir. Niyə? Almancadan türkcəyə qısa zamanda, cox düşünmədən və daha böyük həcmdə tərcümə edirəm. Azərbaycan türkcəsində cətinliyim eyni kəlmələrin bəzən fərqli mənalar verməsidir. Məsələn, bizdə “qaçmaq” sözü “qaçib getmək”, Azərbaycan turkcəsində isə “qaçış” mənasında işlənir. Bundan başqa, “sürahiyə tutunub düşdü” cumləsi. Sürahi bizdə “qrafin” deməkdirsə, sizdə nərdivanın kənarıdır.
   - Yasəmən xanım, sirr deyil ki, tərcümə də yüksək sənətkarlıq tələb edir. Sizin tərcümələrinizdə cox önəmli bir özəllik var. Əsərin orijinallığını, bədii duyumunu, müəllifin fikrini təhrif etmədən, maksimal dərəcədə qorumağa calışırsınız...
   - Bəli. Çünki tərcuməçi həm yazıçıya, həm də oxucuya qarşı məsuliyyət daşıyır. Məşhur hekayə yazıçımız Sait Faik Abasiyanık “Hər şey insanı sevməklə başlar” demiş. Mən də işimi sevirəm. Etdiyim işlərlə insanların üzündə bir anlıq təbəssüm yarada bilirsinizsə, deməli, həyata bir töhfə vermiş olursunuz. Hansı işi görürsünüz görün, hiss edilən və sevgiylə gorülən iş daim uğur qazanacaq.
   
   Söhbətləşdi: Sevda Babayeva