Kitabxana əməkdaşları üçün treninq

Aprelin 18-dən 22-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Kitabxanalar innovasiya və müasir texnologiyaların tətbiqi şəraitində" mövzusunda treninq keçiriləcək. Treninqdə Ağstafa, Bərdə, Astara, Beyləqan, Füzuli, Zərdab, Ucar, Şəki, Şamaxı, Sumqayıt, Siyəzən, Samux, Salyan, Sabirabad, Neftçala, Qusar, Quba, Qazax, Qaradağ, Qax, Xaçmaz və Göyçay rayon mərkəzi kitabxanalarının əməkdaşları iştirak edəcəklər.
Layihənin əsas məqsədi rayon kitabxanalarında kompüterlə bağlı tələb olunan işlərin görülməsi və problemlərin aradan qaldırılmasında kitabxana əməkdaşlarına köməklik göstərməkdir.
Kitabxana əməkdaşlarına “Kompüterdə quraşdırma, sazlama, diaqnostika işləri”, “Qlobal və lokal şəbəkələr”, “Microsoft Office paketinin proqramları və elektron sənədlərlə işləmə qaydaları”, “Fayllar üzrə əməliyyatlar”, “Portallar üçün kontentlərin hazırlanması və yerləşdirilməsi qaydaları” mövzuları üzrə təlimlər keçiriləcək.