Azərbaycan Prezidentinin sərəncamı ilə nəşr edilən 150 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası”na abunə yazılışı başlanılıb. Kitab Klubundan verilən məlumata görə, kitablar “Tutu” nəşriyyatında yeni redaktədə hazırlanıb, “Şərq-Qərb” və CBS mətbəələrində yüksək poliqrafik keyfiyyətdə nəfis şəkildə çap olunur. Kitabların 120-si Azərbaycan dilində ilk dəfədir nəşr olunur və satış qiymətindən 40% ucuz oxuculara təqdim olunacaq. “Dünya Ədəbiyyatı Kitabxanası”na abunə müddəti iki ildir. Bu silsilədən olan kitablar üç seriyada (klassik dünya ədəbiyyatı, müasir dünya ədəbiyyatı və Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri) çap edilir.