Qax rayon Cəfər Cabbarlı adına Mərkəzi kitabxanada “Kitabla dost ol, fəal oxucu ol” devizi altında oxucu müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi gənclərdə vətənpərvərlik, azərbaycançılıq, dövlətə, xalqa məhəbbət ruhu aşılamaqdır.
Bütün yaş qruplarını əhatə edən müsabiqədə onlarla uşaq, fəal oxucu iştirak edib. Qaliblərə və bütün iştirakçılara rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim edilib.