Yazıçılar Birliyi bir sıra Azərbaycan şair, yazıçı və kütləvi informasiya vasitələrinin nümayəndələrinə ədəbiyyatşünas və orta əsrlər filosofu Mahmud Kaşğari adına mükafat təqdim edib.
   Birinci yerə Sabir Əsədov və ermənişünaslıq üzrə mütəxəssis İsrafil Məmmədov layiq görülüb. İkinci yerə isə “Xocalı simfoniyası” əsərinə görə şairə Nurəngiz Gün və “Bakinskiy raboçiy” qəzetinin baş redaktoru Tatyana Caladze özünün çap olunmuş “Karabaxskiy qenosid: obreçennıy Xodjalı” kitabına görə layiq görülüb. Üçüncü yerə görə mükafat Eyyub Qiyas və Ədalət Əsgəroğluna verilib.
   Qeyd edək ki, ədəbi mükafat Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Yardım Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində təqdim olunub.