Xalq yazıçısı Əkrəm Əylisli postsovet dövründə yazdığı beş əsərini bir kitabda nəşr etdirəcək. Bu barədə açıqlama verən xalq yazıçısı, Milli Məclisin üzvü Ə. Əylisli sözügedən kitabda “Dəhnə”, “Yəmən”, “Ətirşah Masan”, “Daş yuxular” və “Möhtəşəm tıxac” romanlarının yer alacağını bildirib. Hazırda Əylisdə olan yazıçı “Daş yuxular” və “Möhtəşəm tıxac” romanlarını yeni yazdığını, Azərbaycanın müstəqilliyinin ilk illərində qələmə aldığı “Dəhnə” əsərini isə yenidən işlədiyini deyib. Onun sözlərinə görə, nəzərdə tutulan kitab beş-altı aydan sonra işıq üzü görəcək.